“AAGRO” MMC müştərilərinin bütün növ sifarişlərini təmin etməyə hazırdır. Qida sahəsində bazarın tələblərini nəzərə alaraq müştərilər üçün hər növ sifariş imkanı yaratmışıq.
Topdan satış – Müştərinin mövsüm ilə bağlı 1 və ya bir neçə dəfə verilən sifarişlərini təmin edir.
Daimi satış – Korporativ müqavilələr imzaladığı müştərilərinin istehsalat və satış üçün tələb olunan məhsullar üçün gündəlik, həftəlik və aylıq sifarişlərini təmin edir. Bu satış növündə müəyyən edilmiş endirimlər və digər xidmətlər də nəzərdə tutulur.
Tədbir satışları – Müştərilərin daimi olmayan məkanlarda, açıq hava və ya digər tədbirləri üçün təcili və xüsusi sifarişlərinin təmin olunması. Qablaşdırma və çatdırılma xidməti tədbir sahibinin işini rahatlaşdırmaqla yanaşı. Qida təhlükəsizliyini tam təmin edir.