Çatdırılma

Bütün növ sifarişlərdə Çatdırılma xidməti vardır. Məhsulların tam gigiyenik şaraitdə, qablaşdırma və təhlükəsizlik normalarına riayət olunmaqla, müştərinin sifariş ərizəsində və ya daimi müştərilər ilə müqavilə üzrə qeyd olunmuş ünvana çatdırılması təmin olunur.

Şəhərdaxili  çatdırılma hər iş günün birinci hissəsində həyata keçiriləcəkdir. Şəhərdən kənar çatdırılma isə hər iş günün ikinci hissəsində həyata keçiriləcəkdir.

Məhsulların çatdırılması sifarişdən sonrakı növbəti iş günü ərzində həyata keçiriləcəkdir.Sifarişin ümumi həcmi 5 kq-dan az olmamalıdır. Bazar günü çatdırılma xidməti həyata keçirilmir.