1 QUTU HƏDİYYƏ ET!

AAGRO şirkəti daim özünün Korporativ Sosial Məsuliyyət çərçivəsində (CSR) olan fəaliyyətinə önəm vermiş və ətraf mühitin qorunması və abadlaşdırılmasında aktiv fəaliyyət göstərmişdir.

AAGRO şirkəti  CSR çərçivəsndə daha bir yenilik təqdim edir.

“1 Qutu” hədiyyə et!

Şirkətimiz Abşeron rayonu ərazisindəki uşaq evlərinə, sağlamlıq mənbəyi olan, standarlara cavab verən məyvə və tərəvəzlərin mütəmadi çatdırılması xidmətini təklif edir.

Əməkdaşlıq etdiyimiz şirkətlər üçün də, onların CSR siyasətinin bir hissəsi ola biləcək xidmət, çox asan və effektivdir.

Müştərilərimiz sifarişlərini online verərkən, əlavə olaraq, 1 Qutu meyvə-tərəvəz də hədiyyə edə biləcəklər.

Bunun üçün sadəcə, qeydiyyatdan keçdikdən sonra,  sifarişinizi yerləşdirərkən əlavə olaraq “1 Qutu hədiyyə et!” düyməsini basmaq və hesabınıza əlavə olmuş məbləği təsdiqləməyiniz kifayətdir.

1 qutuya - 2 kq alma, 2 kq kök, 2 kq pomidor, 2 kq xiyar və 2 kq gül kələm daxildir. Məhsullar ekoloji təmiz və GMO-sızdır.

* Sizin etdiyiniz hədiyyə ünvanına çatdırılan kimi, Sizə bu barədə foto və yazılı məlumat veriləcək.