Biz satırıq

AAGRO şirkəti öz satışını ilk növbədə yüksək normativlər və standartlarla yetişdirdiyi və qablaşdırdığı məhsulların üzərində qurur. Kahı və göyərtinin bütün növləri üzrə təqdim edilən “sağlam” məhsullar ilə şirkət, yerli və beynəlxalq miqyasda tanınan restoran və hotellərin etibarlı partnyorudur.

Şirkət partnyorlarının və müştərilərinin meyvə və tərəvəz tələbatını daha geniş ödəmək niyyəti ilə əksər tərəvəz və meyvə çeşidlərinin geniş emal və qablaşdırma çeşidləri üzrə satışlar həyata keçirir. İstehsalatda tətbiq olunan yüksək normativlər təqdim olunan tərəvəz və meyvə  məhsullarımızın keyfiyyətinə də zəmanət verir.

AAGRO şirkəti bütün meyvə və tərəvəz məhsulları üzrə satışlar həyata keçirir və müştərilərinin sifarişinə uyğun yeni təkliflər və individual qiymətlər təqdim edir.